17 illik mücadilə Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı. 1920-1937

Anar Turan, Ceyhun Bayramlı. 17 illik mücadilə

Azərbaycanda sovet işğalına qarşı milli müqvinmət hərəkatı. 1920-1937. 

Bakı, "QHT nəşriyyatı", 2016, 256 səh.

Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət

Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi tərəfindən

"17 illik mücadilə" (Azərbaycanda bolşevik işğalına işğalına qarşı milli müqavimət hərəkatı 1920-

1937) adlı kitabın hazırlanması, nəşri və yayılması" layihəsi çərçivəsində nəşr edilmişdir.

Kitabda XX əsr Azərbaycan tarixinin ən keşməkeşli dövrü olan 1920-1937-ci illərdə xalqımı-

zın işğalçılara qarşı milli dirəniş və müqavimət hərəkatı, bolşevizmin milli-mənəvi dəyərlərimizə,

milli ziyalılara və əsilzadəliyə qarşı yürütdüyü siyasət geniş təhlil olunub. Kitab Sovet hökuməti əley-

hinə baş qaldıran üsyanlarla bağlı ictimaiyyətə məlum olmayan çoxsaylı tarixi faktlarla zəngindir.

Əsər elmi-publisistik üslubda yazılıb və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



21.09.2016 | 23:36