"Azərbaycanda korporativ sosial məsuliyyət: reallıqlar və persprektivlər nə vəd edir?- Kanal13-ün reportajı

Korporativ Sosial Məsuliyyət hökumətin, özəl qurumların, vətəndaş cəmiyyətinin ortaya qoyduğu birgə məsuliyyətdir, könüllü şəkildə həyata keçirilən bir missiyadır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri --Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın iyunun 22-də "Azərbaycanda korporativ social məsuliyyət: reallıqlar və persprektivlər" mövzusunda keçirdiyi konfransda səsləndirib. 


240-dan artıq yerli vəbeynəlxalq kommersiya strukturunun daxil olduğu Amerika Ticarət Palatasının informasiya dəstəyi lə keçirilən konfransda Azərbaycanda korporativ social məsliyyətlə bağlı durum və onun perspektivləri müzakirə edilib.


Amerika Ticarət Palatasının Qanunvericilik və Siyasət üzrə koordinatoru Şahid Şükürov təmsil etdiyi qurumun korporativ sosail məsuliyyətin könüllü əsaslarla qurulması və təbliği işinə tərəfdar olduğunu qeyd edib. 

"Ümid" Sosial Dayaq Mərkəzinin prezidenti İsrail İsgəndərov QHT şurasının Korporativ Sosial Məsuliyyət üzrə hazırladığı sənədi tədbir iştirakçılarına təqdim edib, milli və beynəlxalq şirkətlərdə korporativ mədəniyyət səviyyyəsinin artırılması arzuolunan olduğunu qeyd edib.
Məruzələrin ardınca təqdim olunan sənəd müzakirə olunub, təklif və tövsiyyələr səsləndirilib.



29.11.2013 | 17:58