BÖLMƏLƏR

QHT maarifləndirici kitab nəşr etdirib

“Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi “Yaşıl həyat: Təbiəti Qoruyaq!" layihəsi çərçivəsində maarifləndirici kitab nəşr olunub.

"Yaşıl həyat" adlı kitabda ətraf mühitin qorunmasının vacibliyi vurğulanıb.

Kitabda, həmçinin Azərbaycan dövlətinin ətraf mühitin qorunması istiqamətində gördüyü işlər yer alıb, gənclərin bu sahədə daha aktiv olması üçün çağırış edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi ətraf mühitin qorunması üçün gənclər arasında maarifləndirmə işini artırmaq, “yaşıl həyat” tərzini onlara aşılamaqdır.(trend)

Layihə çərçivəsində Bakı və Gəncədə ətraf mühitin mühafizəsi mövzusunda Dəyirmi masalar keçirilib. Gənclər üçün ətraf mühitin mühafizəsi mövzusunda maarifləndirici və təbliğat xarakterli köynəklər hazırlanaraq gənclərə paylanılıb.

Bundan başqa, ekoloji maarifləndirmə işini gücləndirmək üçün sosial çarxın hazırlanması və sosial şəbəkələrdə yayılması həyata keçiriləcək

XƏBƏRİ PAYLAŞ