BÖLMƏLƏR

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə birgə keçirdiyi qrant müsabiqəsi haqqında QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin aparıcı məsləhətçisi Nədimə Rəhimli və məsləhətçisi Elnur Bağırlı qrant müsabiqəsi, layihələrin təqdim edilmə qaydası və proseduru barədə məlumat veriblər.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının rəhbəri Fərhad Nəcəfov müsabiqə çərçivəsində qəbul ediləcək layihələrin mövzuları barədə QHT nümayəndələrinə ətraflı məlumat vermiş, müxtəlif sahələr üzrə ixtisaslaşmış vəkillərin layihələrə cəlb edilməsi üüçün QHT-lərə dəstək veriləcəyini bildirib.

Qeyd edək ki, qrant müsabiqəsində “Hüquqi yardım xidmətlərin göstərilməsinə dair təşəbbüslər”, “İnsan hüquq və azadlıqlarının peşəkar və keyfiyyətli müdafiəsinə dair təşəbbüslər”, “Region hüquqşünasları arasında vəkil peşəsinin təşviqi”, “Hüququn aktual sahələrinə dair vətəndaşların hüquqi maarifləndirilməsi” və “Məhkəmə-hüquq islahatlarına dair ictimai müzakirələrin keçirilməsi” mövzularında layihələr qəbul ediləcəkdir. Müsabiqənin maliyyə fondu 150000 manat təşkil edir və müsabiqə nəticəsində 15-dək layihənin maliyyələşdirilməsi nəzərdə tutulub.

Müsabiqə prosesi dörd mərhələdən ibarət olacaq, QHT və layihə sənədlərinin qəbulu 29.11.2019-30.12.2019-ci il tarixədək, texniki seleksiya 13.01.2020-ci il tarixədək, layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi 15.01.2020-15.02.2020-ci il tarixlərində baş tutacaqdır. Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 25-dən sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib

 

XƏBƏRİ PAYLAŞ