BÖLMƏLƏR

Azərbaycan Respublikasının Təhsil İnstitutunda QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi çərçivəsində görüş keçirilib.

Dekabrın 4-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi çərçivəsində görüş keçirib.

Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbay­can Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikasının Təhsil İnstitutunun, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, “Bakı Gənclər Klubu”nun, “Aytam” uşaqların mədəni maarifləndirilməsi İB-nin, “Kitab evi”nin, ”Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin, “İnkişafa doğru qadın təşəbbüsü” İB-nin, “ELS-müstəqil araşdırmalar Mərkəzi”nin nümnayəndələri iştirak ediblər.

QHT təşkilatçısı Aytac Əmirxanova görüş iştirakçılarına qrant layihələrin seçilməsi və qeydiyyata alınma qaydalarında edilən dəyişiklər haqqında məlumat verib. Daha sonra yeni proqramla tanışlıq məqsədi ilə hazırlanmış video çarx nü­mayiş etdirilib, proqramla bağlı suallar cavablandırılıb.

 “ELS-müstəqil araşdırmalar Mərkəzi” İB-nin təmsilçisi İradə Yaqubova layihələrin seçilməsinə müstəqil ekspertlərdən əlavə, uyğun sahə üzrə fəaliyyət göstərən digər müəssisə ekspertlə­rinin də prosesə cəlb olunmasını təklif edib.

Təhsil Nazirliyinin sektor müdiri Orxan Abbasov peşə məktəblərində təhsil alan xüsusi istedad­lılar qrupunun yaradılması, onların müxtəlif layihələrə cəlb olunması, peşə məktəbi məzunlarının işlə təmin olunması ilə bağlı problemlərə toxunub. O, əmək bazarı üçün mütəxəsislərin yetişdirilməsində peşə məktəblərinin xüsusi rolu olduğunu vurğulayıb.

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva STEAM əsaslı kurikulumlarla bağlı müzaki­rələrin aparıl­ma­sının vacibliyindən danışaraq, Respublikamızda STEAM-in tətbiqi, nəticə olaraq nə gözlənildiyi haqqında ətraflı məlumat verib. Ü.Babayeva görüş iştirakçılarının diqqətini inklüziv təhsillin inkişafı ilə bağlı layihələrdə uşaqların sosial bacarıqlarının artırılması probleminə yönəldib.

Tədbirdə peşə məktəbləri ilə bağlı layihələrə diqqətin artırılması xüsusi vur­ğulanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Röyal Yolçuzadə yeni peşə məktəblərinin yaradılması, mövcud peşə mək­təblərinin inkişafının prioritet istiqamətlərinə dair təkliflər irəli sürüb.

Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev öz çıxışında Təhsil İntitutunun bu istiqamətdə gördüyü işlər­dən, orta məktəblərdə yaradılmış peşə təmayüllü siniflərin cəmiyyə­tdə öz yerini tuta biləcək mütəxəssislərin hazırlanmasındakı rolu haqqında məlumat verib. O, bu sahədə gözlənilən tələblər və təkliflər istiqamətində qarşıya çıxan problemlər və görüləcək işlərlə əlaqədar yeni ideyalara, layihələrin hazırlanmasına ehtiyacın olduğunu əsaslandırıb.

Sonda Aytac Əmirxanova görüş iştirakçılarına öz təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunda QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi çərçivəsində görüş keçirilib. Azərbaycan Respublikasının Təhsil İnstitutunda QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi çərçivəsində görüş keçirilib. Azərbaycan Respublikasının Təhsil İnstitutunda QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi çərçivəsində görüş keçirilib.

 

XƏBƏRİ PAYLAŞ