BÖLMƏLƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində məlumatlandırma sessiyası təşkil olunub

5 Dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə QHT layihələrinin maliyyələşməsi bağlı keçirdiyi qrant müsabiqəsi çərçivəsində məlumatlandırma sessiyası təşkil olunub.

Tədbirdə Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsi rəisinin müavini polkovnik Azər Babayev QHT-lərlə birgə həyata keçirilən tədbirlərdən və layihələrdən danışaraq onların bu sahədəki maarifləndirmə işinə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri, elektron xidmətlər barədə ətraflı məlumat verib.

Sonda QHT-lərin sualları cavablandırılıb.


 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində məlumatlandırma sessiyası təşkil olunub

 

XƏBƏRİ PAYLAŞ