BÖLMƏLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyində məlumatlandırma sessiyası təşkil olunub

9 Dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi qrant müsabiqəsi ilə bağlı ETSN-nin inzibati binasında QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub.

ETSN mütəxəssisləri tərəfindən Şuranın nazirliklə birgə keçirdiyi qrant müsabiqəsinin mövzuları barədə məlumat verilib. Bildirilib ki, meşələrin və yaşıllıq sahələrinin artırılması və mühafizəsi, ekoturizm, bioloji müxtəlifliyin qorunması, sudan səmərəli istifadə, bərk, o cümlədən plastik tullantıların idarə olunması kimi istiqamətləri əhatə edən qrant müsabiqəsinin keçirilməsi ixtisaslaşmış QHT-lərlə əməkdaşlığı və qarşılıqlı əlaqələri daha da gücləndirməyə, eyni zamanda ətraf mühitin mühafizəsi sahəsində dövlət qurumlarının icra etdiyi işlərə ictimai dəstəyin təmin edilməsinə şərait yaradacaq.

Şura Katibliyinin elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli birgə qrant müsabiqələri haqqında ətraflı məlumat verərək deyib ki, Şura 2020-ci ildə ümumilikdə 18 dövlət orqanı və digər qurumlarla birgə 98 mövzunu əhatə edən qrant müsabiqəsi keçirəcək.

Tədbirdə SƏLİS Xidmətinə daxil olan e-Ərizə proqramından istifadə qaydalarına aid videoçarx nümayiş etdirilib.
Məlumatlandırma sessiyasının sonunda QHT-lərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyində məlumatlandırma sessiyası təşkil olunub

 

XƏBƏRİ PAYLAŞ