BÖLMƏLƏR

Atatürk Mərkəzində məlumatlandırma sessiyası təşkil olunub

4 Dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycanda Atatürk Mərkəzi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı keçirdiyi qrant müsabiqəsi çərçivəsində məlumatlandırma sessiyası təşkil olunub.

Azərbaycanda Atatürk Mərkəzinin rəsmisi Dəyanət Osmanlı çıxış edərək, qrant müsabiqəsinin mövzuları barədə məlumat verib. Müsabiqədə müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-lərin iştirak etməsinin daha məqsədəuyğun olduğunu bildirib.
Elektron xidmətlər və daxili nəzarət bölməsinin məsləhətçisi Elnur Bağırlı Şuranın həyata keçirdiyi birgə qrant müsabiqələri haqqında ətraflı məlumat verib. E. Bağırlı bildirib ki, Şura 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 26 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri keçirir. Bu gün müzakirə edilən 2 mövzunu əhatə edən qrant müsabiqəsi də Azərbaycanda Atatürk Mərkəzi ilə birgə gerçəkləşdirilir. Bütün qrant müsabiqələri Şuranın Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçirilir.

Atatürk Mərkəzində məlumatlandırma sessiyası təşkil olunub Atatürk Mərkəzində məlumatlandırma sessiyası təşkil olunub Atatürk Mərkəzində məlumatlandırma sessiyası təşkil olunub

 

XƏBƏRİ PAYLAŞ