BÖLMƏLƏR

İqtisadiyyat Nazirliyində məlumatlandırma sessiyası keçirilib

3 dekabr tarxində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı keçirdiyi qrant müsabiqəsi çərçivəsində məlumatlandırma sessiyası təşkil olunub.

Məlumatlandırma sessiyası Vergilər Nazirliyinin inzibati binasında keçirilib. Sessiya çərçivəsində Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov nazirliyin vergi ödəyiciləri arasında apardığı məlumatlandırma və maarifləndirmə işləri barədə məlumat verib, sahibkarların vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin artırılmasının onların məlumatlılıq səviyyəsindən birbaşa asılı olduğunu qeyd edib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri, elektron xidmətlər barədə ətraflı məlumat verib.

Sonda QHT-lərin sualları cavablandırılıb.

İqtisadiyyat Nazirliyində məlumatlandırma sessiyası keçirilib İqtisadiyyat Nazirliyində məlumatlandırma sessiyası keçirilib İqtisadiyyat Nazirliyində məlumatlandırma sessiyası keçirilib İqtisadiyyat Nazirliyində məlumatlandırma sessiyası keçirilib İqtisadiyyat Nazirliyində məlumatlandırma sessiyası keçirilib

 

XƏBƏRİ PAYLAŞ