BÖLMƏLƏR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində məlumatlandırma sessiyası keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası birgə həyata keçirdikləri qrant müsabiqəsinə dair QHT-lərlə görüş təşkil olunub. Görüşdə hər iki qurumun nümayəndələri, eləcə də elan olunan mövzular üzrə ixtisaslaşmış QHT-lərin təmsilçiləri iştirak edib.

2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi strateji yol xəritələri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına, qeyri-neft sektoru üzrə ixracın dəstəklənməsinə, Azərbaycanda həyata keçirilən islahatların nəticəsində rəqəmsal iqtisadiyyatın genişləndirilməsinə, Azərbaycanda innovativ startapların inkişafının dəstəklənməsinə dair təşəbbüslərə dair mövzular ətrafında elan olunub. Müsabiqə çərçivəsində 10-dək layihənin maliyyələşməsi nəzərdə tutulur. İcra müddəti 2 aydan 8 ayadək nəzərdə tutulan layihələrdə müsabiqə fondu 80 min manat təşkil edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüş zamanı elan olunun müsabiqə barədə QHT nümayəndələrinə ətraflı məlumat verilib, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elektron sistemdən istifadə ilə bağlı hazırlanan məlumatlandırıcı video çarx nümayış olunub və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində məlumatlandırma sessiyası keçirilib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində məlumatlandırma sessiyası keçirilib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində məlumatlandırma sessiyası keçirilib

 

XƏBƏRİ PAYLAŞ