BÖLMƏLƏR

DOST Agentliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) birgə keçirdiyi qrant müsabiqəsi ilə bağlı DOST Agentliyində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub.

ƏƏSMN-in Sosial təminat siyasəti şöbəsinin müdir müavini Pərviz Səfərov Şuranın nazirliklə birgə keçirdiyi qrant müsabiqəsinin mövzuları barədə məlumat verib. Altı mövzu üzrə ümumilikdə 25-dək layihənin maliyyələşməsinin nəzərdə tutulduğunu deyən Pərviz Səfərov müsabiqədə müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-lərin iştirak etməsinin daha məqsədəuyğun olduğunu bildirib.

Şura Katibliyinin elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli birgə qrant müsabiqələri haqqında ətraflı məlumat verərək deyib ki, Şura 2020-ci ildə ümumilikdə 18 dövlət orqanı və digər qurumlarla birgə 98 mövzunu əhatə edən qrant müsabiqəsi keçirəcək. ƏƏSMN ilə birgə keçirilən qrant müsabiqəsinin QHT-lərə verdiyi yeni imkanlar barədə də danışan N.Rəhimli bütün qrant müsabiqələrinin canlı təmaslar olmadan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçiriləcəyini vurğulayıb.
Tədbirdə SƏLİS Xidmətinə daxil olan e-Ərizə proqramından istifadə qaydalarına aid videoçarx nümayiş etdirilib.
Məlumatlandırma sessiyasının sonunda QHT-lərin sualları cavablandırılıb.
Qeyd edək ki, QHT-lərdən qrant müsabiqəsində iştirakla bağlı layihə müraciətləri dekabrın 16-dək qəbul ediləcək. QHT-lər tərəfindən təqdim olunan təkliflər 4 mərhələdə qiymətləndirildikdən sonra qalib layihələrin maliyyələşməsinə başlanılacaq.

DOST Agentliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib DOST Agentliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib DOST Agentliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib DOST Agentliyində birgə qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib

 

XƏBƏRİ PAYLAŞ