BÖLMƏLƏR

İctimai Televiziya və Radio Yayımları Şirkətində məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə keçirdiyi qrant müsabiqəsi ilə bağlı İTV-də QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub.

İctimai Televiziyanın aparat rəhbəri Faiq Qürbətov İTV ilə Şuranın birgə qrant müsabiqəsi barədə məlumat verərək QHT-lərdən 12 mövzu üzrə layihələr qəbul ediləcəyini bildirib. Faiq Qürbətov birgə qrant müsabiqəsinin QHT-lərin peşəkarlığının artırılmasına və daha keyfiyyətli video materialların hazırlanmasına xidmət etdiyini deyib.

Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Şuranın 2020-ci ildə 26 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqəsi elan etməsinin mühüm yenilik olduğunu vurğulayıb. E.Behbud dövlət orqanları və digər qurumlarla birgə müsabiqənin keçirilməsinin QHT-hökumət əməkdaşlığını, qarşılıqlı etimadı və dialoqu daha da gücləndirəcəyini, QHT-lərin peşəkarlığını artıracağını deyib.
Şura təmsilçisi bildirib ki, şəffaflığın daha da artırılması və ictimai nəzarətin gücləndirilməsi üçün birgə müsabiqələrin keçirilməsi münbit imkanlar açır.
E.Behbud digər qrant müsabiqələrindən fərqli olarqq İTV-lə birgə həyata keçirilən müsabiqədə yalnız filmlər və sosial çarxlar hazırlayacaq QHT-lərin iştirak edə biləcəyini vurğulayıb. Şura nümayəndəsi QHT-lərin hazırladığı film və sosial çarxlarla bağlı mövcud vəziyyət barədə də danışaraq İTV ilə əməkdaşlığın bu sahədə ciddi keyfiyyət dəyişikliyi və QHT-lərin ixtisaslaşaraq daha səmərəli layihələr icra etməsini hədəflədiyini deyib.

Şuranın elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli Şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminə daxil olan e-Ərizə xidmətindən istifadə qaydaları ilə bağlı əsas məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məlumatlandırma sessiyasında QHT-lərin qrant müsabiqəsi ilə bağlı sualları cavablandırılıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətində məlumatlandırma sessiyası keçirilib İctimai Televiziya və Radio Yayımları Şirkətində məlumatlandırma sessiyası keçirilib İctimai Televiziya və Radio Yayımları Şirkətində məlumatlandırma sessiyası keçirilib

 

XƏBƏRİ PAYLAŞ