BÖLMƏLƏR

Şuranın elektron xidmətlərinin tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı müzakirələrin təşkili

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra– müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri müsabiqədə iştirak etməyə dəvət edir.

 

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, Şuranın elektron xidmətlərinin tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı müzakirələrin təşkili mövzusunda layihələri qəbul edir.  

 

Layihəyə dair tələblər:

  • 2019-cu ilin dekabr ayında Şura üzvlərinin, media və QHT nümayəndələrinin iştirakı ilə tədbirlərin təşkili.
  • Bakı və regionlarda Şuranın elektron xidmətlərinin tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı müzakirələrin təşkili.

 

 Layihənin büdcəsi

Bir layihənin büdcəsi maksimum 15000 (on beş min) manatadək ola bilər.

 

Layihələrin müddəti

Layihələrin müddəti 3 (üç) ayadək ola bilər.

 

Müsabiqə mərhələləri

Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 2 dekabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi  4 mərhələ üzrə aparılır:

1-ci mərhələ - Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 2-9 dekabr 2019-cu il, saat 18:00-dək müddəti əhatə edir.

2-ci mərhələ - Ərizələrin və layihələrin texniki seçim mərhələsi;

Bu mərhələ 2-9 dekabr  2019-cu il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə və layihə sənədləri, onlara əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydiyyatı barədə QHT-yə elektron bildiriş göndərilir.

3-cü mərhələ - Qeydə alınmış layihələrin ekspertlər tərəfindən qiymətləndirilməsi;

Bu dövr 9-11 dekabr 2019-cu il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr ekspertlər tərəfindən onlayn qaydada qiymətləndirilir.

4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2019-cu il dekabr ayının 12-dən sonra müəyyən olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında dərc ediləcək.

 

Əlavə məlumatlar

Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün QHT-lər Şura Katibliyinin məsləhətçiləri Nədimə Rəhimli və Elnur Bağırlıya müraciət edə bilər.   

      Tel/faks: (012) 493 17 32/80 (daxili 505/501).

      E-mail: nrahimli@cssn.gov.azebagirli@cssn.gov.az

XƏBƏRİ PAYLAŞ