BÖLMƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ildə QHT resurs və təlim mərkəzlərinin layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT resurs və təlim mərkəzlərini və ya onları təsis edən və müsabiqə mövzusu üzrə ixtisaslaşmış QHT-ləri qrant müsabiqəsində (bundan sonra – müsabiqə) iştirak etməyə dəvət edir.

         Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na və Şuranın Əsasnaməsinə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən QHT-lərə təşkilati-texniki xidmətləri (iclasların, təlimlərin və tədbirlərin təşkili üçün müvafiq şəraitin yaradılması, QHT-lərə kompüter xidmətlərinin göstərilməsi və sair) və Şuranın maliyyələşdirdiyi layihələr çərçivəsində regionlarda həyata keçirilən tədbirlərin monitorinqini və region QHT-lərinə təşkilati-texniki xidməti nəzərdə tutan layihələri qəbul edir:

 

Layihələrin müddəti

Layihələrin müddəti 12 ayadək ola bilər.

 

Layihənin məbləği

  • Bakıda fəaliyyət göstərən QHT resurs və təlim mərkəzi üçün layihənin maksimum məbləği 30000 (otuz min) manatadək ola bilər.
  • Regionlarda fəaliyyət göstərən QHT resurs və təlim mərkəzi üçün layihənin maksimum məbləği 20000 (iyirmi min) manatadək ola bilər.

 

QHT resurs və təlim mərkəzi üçün tələblər

  • QHT resurs və təlim mərkəzinin və ya onu təsis edən QHT-nin dövlət qeydiyyatı olmalıdır;
  • QHT resurs və təlim mərkəzinin QHT-lərə xidmət göstərən və müvafiq texniki imkanları olan ofisi olmalıdır;
  • Təlimlərin təşkili və texniki xidmətlərin göstərilməsi üçün zəruri imkanları olmalıdır;
  • Bakıda fəaliyyət göstərən QHT resurs və təlim mərkəzi il ərzində ən azı 200-dən çox QHT-yə xidmət göstərmək üçün bacarıq və  təcrübəyə malik olmalıdır;
  • Regionlarda fəaliyyət göstərən QHT resurs və təlim mərkəzi ən azı 5-dən çox rayonun QHT-lərinə xidmət göstərmək üçün bacarıq və  təcrübəyə malik olmalıdır;
  • Peşəkar işçi heyətinə malik olmalıdır.

 

Müsabiqə mərhələləri

Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi  4 mərhələ üzrə aparılır:

  • 1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.

  • 2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası;

Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

  • 3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;

Bu mərhələ 27 dekabr 2019-cu il - 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.

  • 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.

XƏBƏRİ PAYLAŞ