BÖLMƏLƏR

Şuranın iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan 2019-cu ilin üçüncü rübündəki fəaliyyət, Şuranın SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasiminin keçirilməsi və “QHT layihələrinin idarə edilməsi Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2019-cu ilin üçüncü rübündəki fəaliyyəti barədə ətraflı məlumat verib. F.Qurbanov həmçinin SƏLİS-in təqdimat mərasiminin keçirilməsi və “QHT layihələrinin idarə edilməsi Qaydaları”na təklif olunan əlavə və dəyişikliklər haqqında da Şura üzvlərini məlumatlandırıb.

Şura üzvü Anar Xəlilov, Rufiz Qonaqov, Sahib Məmmədov, Nərgiz Xələf Əliməmməd Nuriyev və Emin Həsənli çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.

Müzakirələrdən sonra gündılikdə olan məsələlərə bağlı müvafiq qərarlar qəbul edilib.

XƏBƏRİ PAYLAŞ