BÖLMƏLƏR

Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra –  müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələri qəbul edir:   

 

  1. QHT-lərə göstərilən elektron xidmətlərin təqdimatına həsr olunan tədbirlərin təşkili.

Layihəyə dair tələblər:

  • Beynəlxalq səviyyəli sərgidə Şuranın stendinin hazırlanması;
  • 2019-cu ilin oktyabr ayında dövlət, media, QHT nümayəndələrinin və beynəlxalq təşkilatların təmsilçilərinin (500 nəfər) iştirakı ilə Şuranın elektron xidmətlərinin təqdimatının keçirilməsi

 

  1. QHT fəaliyyətinə həsr olunan televiziya verilişlərinin (internet televiziyaları istisna olmaqla) təşkili.

Layihəyə dair tələblər:

  • Vətəndaş cəmiyyətinin aktual məsələlərini əhatə etməsi;
  • İnteraktivliyin təmin olunması;
  • 30-60 dəqiqə zaman müddətini əhatə etməsi;
  • Həftdə bir dəfə efirdə yayımlanması;
  • Tamaşaçıların televiziyanı ən çox izlədiyi vaxtda (praym-taym) olması;
  • Yuxarıda qeyd olunan şərtlərin təsdiq olunduğu dəstək məktubunun olması.

 

Layihənin büdcəsi

Bir layihənin büdcəsi maksimum 15000 (on beş min) manatadək ola bilər.

 

Layihələrin müddəti

Layihələrin müddəti 6 (altı) ayadək ola bilər.

 

Müsabiqə mərhələləri

Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 26 sentyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi  4 mərhələ üzrə aparılır:

  • 1-ci mərhələ - Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;
  • Bu mərhələ 26 sentyabr - 02 oktyabr 2019-cu il, saat 18:00-dək müddəti əhatə edir.
  • 2-ci mərhələ - Ərizələrin və layihələrin texniki seçim mərhələsi;
  • Bu mərhələ 26 sentyabr - 02 oktyabr 2019-cu il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə və layihə sənədləri, onlara əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydiyyatı barədə QHT-yə elektron bildiriş göndərilir.
  • 3-cü mərhələ - Qeydə alınmış layihələrin ekspertlər tərəfindən qiymətləndirilməsi;
  • Bu dövr 02 oktyabr - 04 oktyabr 2019-cu il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr ekspertlər tərəfindən onlayn qaydada qiymətləndirilir.
  • 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;
  • Müsabiqə qalibləri 2019-cu il oktyabr ayının 4-dən sonra müəyyən olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında dərc ediləcək.

 

 

Əlavə məlumatlar

Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün QHT-lər Şura Katibliyinin məsləhətçiləri Nədimə Rəhimli və Elnur Bağırlıya müraciət edə bilər.   

      Tel/faks: (012) 493 17 32/80 (daxili 505/501).

      E-mail: nrahimli@cssn.gov.az; ebagirli@cssn.gov.az

Musabiqe elani 2019.doc

2. Layihe teklifi formasi.docx

3. Elave-3 Icra plani.doc

4. Elave-4. Xercler smetasi.xls

XƏBƏRİ PAYLAŞ