BÖLMƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-cu il 2-ci-2019-cu ildə QHT-lərin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı səfər qrantı müsabiqəsini elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) səfər qrantı müsabiqəsində (bundan sonra –  müsabiqə) iştirak etmək üçün qeyri-hökumət təşkilatlarını ərizə təqdim etməyə dəvət edir.

          Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na və Şura haqqında Əsasnaməyə uyğun olaraq beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək üçün ərizələri qəbul edir:

 

Qrantın məbləği

Səfər qrantının xərclərinə nəqliyyat, viza və gündəlik xərclər daxildir. Səfər qrantının gündəlik xərcləri müəyyən olunarkən “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarı əsas götürülür.

 

                QHT üçün tələblər

  • Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
  • Ən azı tədbirdən bir ay öncə Şuraya müraciət edilməlidir;
  • Bir səfərdə QHT-nin yalnız iki nəfərədək nümayəndəsinin iştirakı göstərilə bilər.

 

Tədbir iştirakçısı üçün tələblər

  • Səfərdə iştirak edən şəxs və ya şəxslər tədbirin işçi dilinin birində  sərbəst danışa bilməlidir;
  • Səfər çərçivəsində keçiriləcək tədbirdə edəcəyi çıxışı və ya məruzəni müraciəti göndərərkən təqdim etməlidir;

 

Müsabiqə mərhələləri

  • Müsabiqə il boyu davam edir və QHT bu elanın 1 nömrəli əlavəsinə uyğun olaraq tərtib etdiyi ərizəni və ona əlavə olunan sənədləri f.hasanov@cssn.gov.az  e-mail ünvanlarına göndərir;
  • Şura 10 iş günü müddətində ərizəyə baxaraq nəticəsi barədə QHT-yə məlumat verir;
  • Ərizənin qəbulu ilə bağlı QHT-yə bildiriş göndərilir;
  • Müsabiqənin nəticələri barədə rübdə bir dəfə ictimaiyyətə məlumat verilir.

 

Əlavə məlumatlar

Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçisi Fuad Həsənova müraciət etmək olar.   

            Tel/faks: (012) 493 17 32/80 (daxili 255).

            E-mail: f.hasanov@cssn.gov.az

 

 

Səfər üçün Ərizə.Əlavə-1..doc

XƏBƏRİ PAYLAŞ