Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) səfər qrantı müsabiqəsində (bundan sonra – müsabiqə) iştirak etmək üçün qeyri-hökumət təşkilatlarını ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na və Şura haqqında Əsasnaməyə uyğun olaraq beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək üçün ərizələri qəbul edir:
Qrantın məbləği
Səfər qrantının xərclərinə nəqliyyat, viza və gündəlik xərclər daxildir. Səfər qrantının gündəlik xərcləri müəyyən olunarkən “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarı əsas götürülür.
QHT üçün tələblər
- Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
- Ən azı tədbirdən bir ay öncə Şuraya müraciət edilməlidir;
- Bir səfərdə QHT-nin yalnız iki nəfərədək nümayəndəsinin iştirakı göstərilə bilər.
Tədbir iştirakçısı üçün tələblər
- Səfərdə iştirak edən şəxs və ya şəxslər tədbirin işçi dilinin birində sərbəst danışa bilməlidir;
- Səfər çərçivəsində keçiriləcək tədbirdə edəcəyi çıxışı və ya məruzəni müraciəti göndərərkən təqdim etməlidir;
Müsabiqə mərhələləri
- Müsabiqə il boyu davam edir və QHT bu elanın 1 nömrəli əlavəsinə uyğun olaraq tərtib etdiyi ərizəni və ona əlavə olunan sənədləri thuseynli@cssn.gov.az və ebagirli@cssn.gov.az e-mail ünvanlarına göndərir;
- Şura 10 iş günü müddətində ərizəyə baxaraq nəticəsi barədə QHT-yə məlumat verir;
- Ərizənin qəbulu ilə bağlı QHT-yə bildiriş göndərilir;
- Müsabiqənin nəticələri barədə rübdə bir dəfə ictimaiyyətə məlumat verilir.
Əlavə məlumatlar
Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçiləri Tural Hüseynli və Elnur Bağırlıya müraciət etmək olar.
Tel/faks: (012) 493 17 32/80 (daxili 250/270).