AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI
2008-ci il üçün
QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə
ELAN EDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra Şura adlanacaq) QHT-ləri müsabiqədə iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir.
Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı istiqamətlər üzrə layihələrə üstünlük verəcəkdir: