BÖLMƏLƏR

Səməd Vurğun və Aşıq Şəmşir dastanı

Aşıq Şəmşir.

Səməd Vurğun və Aşıq Şəmşir dastanı. “QHT nəşriyyatı”, Bakı, 2015, 92 səh.

Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət

Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” layihəsi çərçivəsində nəşr edilmişdir.

Dastan Səməd Vurğun və Aşıq Şəmşir dostluğundan bəhs edir. Bu kitab Azərbaycanın xalq

şairi Səməd Vurğunun 1955-ci ildə Kəlbəcər rayonuna gəlməsi və ustad sənətkar Aşıq Şəmşirlə görüşünə həsr olunub. Bu il həm də dillər əzbəri olan bu dastanın yaranmasından 60 il ötür. Bu əxlaq, mənəviyyat və vətənpərvərlik dastanının gənclər arasında təbliğ edilməsi çox önəmli məsələdir. Bu layihəyə dəstək olanlar məhz Azərbaycan gəncliyinin öz xalqına, millətinə xidmət və sədaqət ruhunda tərbiyə olunması işinə dəstək olurlar.”

Bu kitabda ustad aşığın Səməd Vurğunla bağlı görüşlərindən və xatirələrindən ibarət qələmə

aldığı dastan oxuculara tam şəkildə təqdim edilir.

“Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin icazəsi olmadan bu kitabda nəşr olunmuş

şeir və mətnlərdən istifadə etmək qadağandır.

XƏBƏRİ PAYLAŞ