BÖLMƏLƏR

Dilara

"Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafınayardım" İctimai Birliyi 

Dilara (Seçilmiş hekayələr).

"QHT nəşriyyatı", Bakı, 2015, 104 səh.

Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət 

Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına

yardım" İctimai Birliyi findən yata keçirilən “Gənc nəslin maariflənməsində klassik ədəbiyya-

nın rolu. Böyük dramaturq Cəfər Cabbarlının zəngin bədii irsinin öyrənilməsilayihəsi çərçisin

nəşr edilmişdir.

Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli klassiklərindən biridir. Ədəbi 

fəaliyyətə uşaq yaşında şeirlə başlayan Cabbarlı sonralar bir sıra lirik və satirik şeirlər yazsa da, ya-

radıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş, səhnəmiz üçün yazdığı qüdrətli əsərləri

onu Azərbaycan dramaturgiyasının yaradıcılarından biri kimi şöhrətləndirmişdir. Yazıçı zəngin və hər-

tərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr janrlarından bacarıqla

istifadə etmiş, eyni zamanda istedadlı jurnalist, tərcüməçi və kino xadimi kimi tanınmışdır. Ədibin ya-

ratdığı bədii nümunələr arasında hekayələri mühüm yer tutur. Əsas mövzusu Azərbaycan qa-

dınlanın ağır həyatı və acınacaqlı məişətdən bəhs edən hekayələri oxucuların böyük mara-

ğına səbəb olmuş, sənətkarı böyük portret ustası kimi sevdirə bilmişdir. Bu  kitabda yazıçının

bir sıra hekayələri toplanaraq oxuculara təqdim olunmuşdur.

XƏBƏRİ PAYLAŞ