BÖLMƏLƏR

Sosial elmlərdə araşdırmaların metodikası

"Sosial elmlərdə araşdırmaların metodikası". "QHT nəşriyyatı" mətbəəsi, Bakı,

2015, 100 səh.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi

Şurasının maliyyə və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilati dəstəyi ilə icra olu-

nan "Sosial elmlərdə araşdırma metodikasının tədrisi ilə bağlı yay məktəbinin təşkil edilməsi" layhə-

sinin icrasında əsas məqsəd sosial elmlər sahəsində araşdırma aparan tədqiqatçılara (bakalavr, ma-

gistr, doktorantura, postdoktorantura, müstəqil araşdırmaçılar) akademik yazı metodlarını, dizayn qay-

dalarını, araşdırma texnikasını öyrətməklə bu sahədə mövcud olan boşluqları doldurmaq, təhsildə və

elmdə keyfiyyət təminatına dəstək vermək olmuşdur. Qafqaz Araşdırmalar Mərkəzi İctimai Birliyinin 

01 aprel, 01 oktyabr 2015-ci il tarixində icra etdiyi layihə çərçivəsində yay məktəbi təşkil edilmiş, res-

publikanın müxtəlif ali təhsil və elmi tədqiqat müəssisələrində araşdırma aparan gənclərə topluda

dərc edilən materiallar əsasında mühazirələr deyilmiş, treninqlər keçirilmişdir.

XƏBƏRİ PAYLAŞ