BÖLMƏLƏR

İmtiyazlı məhbuslar üçün qanunlar toplusu

İmtiyazlı məhbuslar üçün qanunlar toplusu,

Bakı, "Elm və təhsil", 2015, 372 səh.

Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Döv-

lət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi tərəfindən

həyata keçirilən "Məhkumluqdan azad olunanların həyata adaptasiya və reabilitasiyasına ictimai

dəstək" layihəsi çərçivəsində nəşr edilmişdir.

Layihənin icrasına məsul təşkilat  "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyidir.

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi 2008-ci il fevral ayının 22-də təsis olunub, 2010-

cu il iyun ayının 30-da "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi kimi rəsmi dövlət qeydiyyatına alın-

sa da, 9 aprel 2011-ci ildən Ümumi Yığınacağın qərarı ilə yenidən "Beynəlxalq Əlillər Cəmiyyəti" İcti-

mai Birliyi adlandırılması qərara alınmışdır. Bu barədə Ədliyyə Nazirliyi rəsmən məlumatlandırılmış-

dır. Birliyin əsas məqsədi dünyada yaşayan bütün kateqoriyadan olan əlil ictimai birlikləri ilə qarşılıq-

lı əməkdaşlıq etməkdən və təcrübə mübadiləsi aparmaqdan, bu sahədə toplanmış təcrübəni öyrən-

mək və respublikada tətbiq etməkdən ibarətdir.

 

XƏBƏRİ PAYLAŞ