BÖLMƏLƏR

Şuranın üzvləri

İlqar Məmmədov

01 iyul 1962-ci ildə Qəbələ rayonunda anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Polis Akademiyasında, Daxili İşlər Nazirliyində və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində çalışıb. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisidir. 2008, 2012 və 2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv təyin edilmişdir.

 

 

 

 

 

 

 

 

 

Zakir Hacıyev

29 iyun 1978-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirmişdir. 2002-2004-cü illərdə dövlət və özəl müəssisələrdə çalışmışdır. 2004-cü ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Sosial sahələrin maliyyəsi şöbəsində aparıcı məsləhətçi, 2006-2015-ci illərdə sektor müdiri vəzifələrində çalışmışdır. Sosial sahələrdə aparılan islahatlarla bağlı yaradılmış bir sıra işçi qruplarının üzvü olmuşdur. Hal-hazırda nazirliyin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini vəzifəsində çalışır, dövlət qulluğunun kiçik müşaviridir.  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmişdir.

 

 

 

 

 

 

 

 

Sahib Məmmədov

15 dekabr 1962-ci ildə Azərbaycan Respublikası Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində anadan olub. 1970-1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində orta təhsil almışdır. 1980-1981-ci illərdə Bakı şəhəri 19 saylı Şəhər Peşə Təhsili Məktəbində qaynaqçı peşəsi üzrə peşə təhsili almışdır. 1981-1984-cü illərdə Hərbi Dəniz Donanmasında xidmət etmişdir. 1981-1992-ci illərdə (hərbi xidmət dövrü çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsinin 7 saylı Tunel Dəstəsində bərkidici, qazmaçı peşələrində çalışmışdır. 1992-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. 2003-cü ildə “Odlar Yurdu” Universitetini bitirmiş və hüquqşünas ixtisası  almışdır. 2002-2004-cü illərdə paralel olaraq Polşa Respublikasının paytaxtı Varşava şəhərində İnsan hüquqları üzrə beynəlxalq ali kursu bitirmişdir. 1992-1993-cü illərdə Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə 1-ci müavini, icra hakimiyyəti başçısı və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1993-1997-ci illərdə Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar İttifaqında təlimatçı və əməyin hüquq müfəttişi vəzifələrində çalışmışdır. 2000-ci ildən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası qeyri-hökumət təşkilatının icraiyyə komitəsinin sədridir. 2008-ci ildən Azərbaycan Hüquqşünaslar Konfederasiyası idarə heyətinin üzvüdür. 2006-cı ildən ardıcıl olaraq Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvüdür. 2008 və 2009-cu illərdə ictimai komitənin koordinatoru olub;17-dən artıq kitab və tədris vəsaitinin, 18 tədqiqatın müəllifidir. Bir sıra beynəlxalq konfranslarda məruzəçi, spiker və iştirakçı qismində iştirak etmişdir. 2008, 2012 və 2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv təyin edilmişdir. Evlidir, bir övladı var. 

 

 

 

 

 

 

 

Əliməmməd Nuriyev

01 mart 1964-cü ildə Masallı rayonunda anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bi­tirmişdir. Vəkillər Kollegiyasının üzvü olaraq vəkil kimi fəaliyyət göstərmişdir. Xalq hərəkatının fəallarından olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdiri vəzifəsində çalışmış, daha sonra bir neçə universitetin hüquq fakültəsində dərs demişdir. 90-cı illərin birinci yarısından başlayaraq QHT-lərin yaradılmasına və fəaliyyət göstərməsi istiqamə­tində ciddi səylər göstərmişdir. 2001-ci ildə Milli Məclisin deputatı seçilmişdir. Bu dövrdə bir çox beynəlxalq kon­frans­larda iştirak etməklə həm Azərbaycanı, həm də ayrı-ayrı QHT-ləri təmsil etmişdir. Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin koordinatorudur. 2003-cü ildə “Konstitusiya” Araşdırmalar Fondunun yaradılmasında iştirak etmiş və hazırda bu QHT-nin prezidentidir. 2008, 2012 və 2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv təyin edilmişdir. Evlidir, 2 övladı var.

 

 

 

 

 

 

 

 

Şahin İsmayılov

07 fevral 1986-cı ildə Ermənistanın Yexeqnadzor rayonunda anadan olub. İctimai fəaliyyətə orta məktəbin yuxarı sinif şagirdi olarkən başlamışdır. 2002-2004-cü illərdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 84 saylı orta məktəbin Şagird komitəsinin sədri kimi çalışmış, 2004-2008-ci illərdə Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində fransaşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə həmin ixtisas üzrə magistr təhsili almışdır. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə ADU-nun sosial psixologiya üzrə fəlsəfə doktoru proqramına qəbul olunmuşdur. Hal-hazırda həmin proqram üzrə təhsil alır. 2008-ci ildə ADU-nun Tələbə Gənclər Təşkilatının sədri seçilmişdir. 2009-cu ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis qurultayında ittifaqın sədri seçilmişdir. 2012 və 2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv təyin edilmişdir. 2015-ci ildə 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilib. İngilis, rus, fransız, alman dillərini bilir. Evlidir, bir övladı var.

 

 

 

 

 

 

 

 

 

Rufiz Qonaqov

29 yanvar 1975-ci ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. 1992-ci ildə Nügədi kənd 1 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olmuş, 1997-ci ildə həmin institutun sosiologiya fakültəsini, 1999-cu ildə isə siyasətin sosiologiyası ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantıdır. 1995-1998-ci illərdə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri, eyni zamanda həmin illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində ictimai şuranın, Gənclər Təşkilatları Milli Şurasında idarə heyətinin üzvü, 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş Məclis üzvü olmuşdur. 2012-2013-cü illərdə QHT Əməkdaşlıq Alyansının həmsədri, 2015-ci ildə isə “Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının həmsədri olmuşdur. 2006-cı ildən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədridir. 2015-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində redaktor vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmişdir. Evlidir, 2 övladı var.

 

 

 

 

 

 

 

 

 

Anar Xəlilov

17 iyun 1977-ci ildə Şuşa şəhərində anadan olub. 1982-1993-cü illərdə 1 saylı Şuşa şəhər məktəbində oxumuşdur. 1993-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini İstehsalın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirmişdir. 1994-1998-ci illərdə Bakı Şəhər Təmir Tikinti Quraşdırma idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1998-1999-cu illərdə Moskva şəhərində kiçik biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2000-2001-ci illərdə Çexiya Respublikasının Bruno Texniki Universitetində MBA Proqramı üzrə magistratura təhsili almışdır. 2001-ci ildə Kiçik Həcmli Gəmilərin Dövlət Müfəttişliyində müfəttiş vəzifəsində çalışmışdır. 2002-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Şuşa Rayon Statistika İdarəsində aparıcı iqtisadçı və rəis müavini işləmişdir. 2008-ci ildən həmin müəssisənin rəisidir. 2005-ci ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət gənclər siyasəti üzrə ixtisasartırma kurslarını bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Proqramı üzrə magistraturasına daxil olmuş, 2010-cu ildə magistraturanı menecment ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2006-2010-cu illərdə Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı gənclər birliyinin sədri olmuşdur. 2005-ci ildə Şuşa rayonunda ictimai əsaslarla yaradılmış Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədridir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmişdir. Evlidir, 2 övladı var.

 

 

 

 

 

 

 

Emin Həsənli

04 yanvar 1977-ci ildə Ağdam rayonunun Quzanlı kəndində ziyalı ailəsində anadan olub. 1993-cü ildə Quzanlı kənd orta məktəbini bitirmiş və həmin ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial idarəetmə və sosiologiya fakültəsinə daxil olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universiteti hüquq fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Sosiologiya ixtisası üzrə, 2000-ci ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 1998-2000-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bölüyün tərbiyə işləri üzrə komandir müavini, daha sonra tağım komandiri kimi döyüş bölgəsində həqiqi hərbi xidmət keçmişdir. Ehtiyatda olan zabitdir. 22 dekabr 2000-ci ildə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri seçilmişdir. 15 noyabr 2002-ci ildə “Hərbi And” qəzetini təsis etmişdir. 22 aprel 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 07 fevral 2014-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmişdir. Evlidir, 2 övladı var.

XƏBƏRİ PAYLAŞ