BÖLMƏLƏR

Vüsal Quliyev

Şura sədrinin müavini

31 dekabr 1982-ci ildə Kürdəmir rayonunda anadan olub. 1989-1999-cu illərdə Bakı şəhərində orta təhsil, 1999-2003-cü illərdə hüquq üzrə bakalavr, 2003-2005-ci illərdə isə dövlət hüququ üzrə magistr təhsili almışdır. 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri” mövzusunda magistrlik dissertasiyası müdafiə etmişdir. Hazırda həmin akademiyanın doktorantıdır. 2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən “Sense” Proqramının məzunu olmuşdur. 2000-2008-ci illərdə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin, 2003-2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olmuşdur. 2006-cı ildə Niderlandın “Olde Vechte” Fondunun keçirdiyi uzunmüddətli ixtisasartırma kursunda qeyri-formal təhsil üzrə beynəlxalq təlimçi dərəcəsini almışdır. 2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilmiş və 3 il ölkəmizi bu qurumda təmsil etmişdir. 2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünası vəzifəsinə təyin olunmuşdur. 2010-2012-ci illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlil və şəhid ailələrinin sosial təminat məsələləri üzrə Komissiyanın, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” üzrə işçi qrupun və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olmuşdur. 2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuş, 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmiş, aprelin 22-də Şuranın ilk iclasında sədr müavini seçilmişdir. Rus və ingilis dillərini bilir. Evlidir.

XƏBƏRİ PAYLAŞ